Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə ardıcıl baş verən yanğın hadisələri - Qəsəbə sakinləri narahatdır

0


  •         Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə 13 sentyabr gecə 02:00 radələrində növbəti yanğın hadisəsi baş vermişdir. Yanğın Xocalı rayon Kosalar kənd sakini Əhmədov Rafil Zeynal oğluna məxsus evin həyətindəki içi ot bağlaması ilə doldurulmuş tövlədə olmuşdur. Yanğının söndürülməsi əməliyyatına Göygöl və Kəpəz rayonlarının yanğından mühafizə hissəsinin əməkdaşları gəlmişdir. Yanğının evlərə keçməsinin qarşısı alınsa da, təsərrüfat sahibinə ziyan dəymişdir. Yanğında tövlənin yanar konstruksiyası və tövlənin içindəki 500-dən çox ot bağlaması yanaraq tələf olmuşdur və 100-dən çox kəpək yemi yararsız hala düşmüşdür. Həyətdəki ağaclar yanmış, yanğının istisindən evin şüşələri çatlamışdır. Yanğın zamanı qonşuluqda olan Kosalar kənd sakini Hümbətöv Elməddin Həsən oğlunun və digər yaxın qonşuların ailə üzvləri qorxu və həyəcan keçirmiş, adı çəkilən şəxsin fərdi təsərrüfatı üçün yığdığı 400-dən çox ot bağlaması tələf olmuşdur. 



            Adətən küləkli olan qəsəbədə yanğın zamanı küləyin əsməməsi çox böyük xoşbəxtlikdir. Ona görə ki, tikilən tövlələr və yığılan ot tayaları evlərə çox yaxındır. Külək əsdiyi təqdirdə yanğının evə və evlərə keçməsi mümkündür. Hadisə ərəfəsində ev sakinlərinin evdə olmaması, tövləyə gedən elektirik xəttinin əvvəlcədən ayrıldığı halda və gecə saatlarında baş verməsi yanğının qəsd ilə törədilməsi şübhəsinə əsas verir. Yanğının başvermə səbəbləri araşdırılır.

            Ardıcıl yanğın xəbərləri vermək yaxşı hal deyil. Ancaq daha da bəd xəbərlər ola bilərdi. Qəsəbə sakinləri mütəmadi hal alan yanğın hadisələrindən qorxularını gizlətmirlər. Qəsəbə salınarkən yanğından mühafizə hissəsinin binası müasir tələblərə uyğun şəkildə tikilmişdir. Ancaq müəssisənin tam olaraq işləməməsi sakinlərin haqlı narazılığına səbəbdir. Çünki bədbəxt hadisə zamanı yaxından gələn kömək daha tez çatacaqdır. Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələ ilə maraqlanacaq və müəssisənin fəaliyyəti faydalı olacaqdır. 

     

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib63 dəfə
    Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə ardıcıl baş verən yanğın hadisələri Qəsəbə sakinləri narahatdır

    Maraqlı gələ bilər
    73